Accessibility links

İsmət Abasov: Mövcud kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar


Kənd təsərrüfatı naziri İsmət Abasov
Kənd təsərrüfatı naziri İsmət Abasov

Azərbaycan yaxın illərdə daxili istehsal hesabına özünü ərzaqla tam təmin edəcək

Son məlumatlara görə, bu il indiyədək 2 milyon 763 min ton taxıl istehsal edilib. Bunun 1 milyon 844 min tonu buğdadır. Ötən illə müqayisədə taxıl istehsalı 1,6 faiz, o cümlədən buğda istehsalı 1,7 faiz artıb. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov kənd təsərrüfatı günü münasibəti ilə keçirilən iclasdan sonra jurnalistlərə bildirib.

Onun fikrincə, mövcud əkin sahələrindən daha səmərəli istifadə edilərsə və yeni yaradılan iri taxılçılıq təsərrüfatlarının hesabına gələcəkdə ölkəni taxıl, buğda və yem bitkiləri ilə tam təmin etmək mümkün olacaq.

Nazirin proqnozuna görə, iqlim şəraiti əlverişli olarsa, 2013-cü ildə 2 milyon 800 min tondan artıq taxıl yığılacaq.

O, Amerikanın Səsi radiosunun sualına cavabında deyib ki, kənd təsərrüfatı istehsalçıları 9 növ verginin 8-dən azaddır. Yeganə torpaq vergisi verirlər, bu da simvolik bir rəqəmdir.

“Kənd təsərrüfatına bir neçə istiqamətdə subsidiyalar verilir. Aqrolizinq də bir növ subsidiya kimi qiymətləndirilməlidir. Alınan texnikalar, texnoloji avadanlıqlar, gübrələr güzəştli şərtlərlə istehsalçılara verilrir.

2007-ci ilin yanvar ayından isə prezidentin sərəncamı ilə hər hektar əkin sahəsi üçün 40 manat, eyni zamanda buğda istehsalçılarının marağını artırmaq üçün əlavə olaraq 40 manat verilir. Elmi tədqiqat institutlarında istehsal olunmuş super-elit, orijinal və elit növ toxumlar dövlət tərəfindən maliyyələşdirilir. R-1 və R-2 repreduksiyalı toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa yardım milli fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib”.

Nazir 9 ayın yekununda kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə edildiyini bildirib.

“Əkin sahələrindən səmərəli istifadə edilərsə, mütərəqqi suvarma metodlarından istifadə olunarsa, bütün lazımi aqrotexniki tədbirlər zamanında həyata keçirilərsə, gələcək illərdə mövcud kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar”.

İ.Abasov deyib ki, hazırda Azərbaycanda baş sayı hesabı ilə kifayət qədər iri buynuzlu mal-qara var.

“Əgər bu sayda yüksək məhsuldarlığı olan heyvanlar olarsa, istər ət və ət məhsulları, istərsə də süd və süd məhsulları istehsalı sahəsində nəinki öz tələbatımızı ödəyə bilərik, həm də ixraca məhsul göndərər bilərik.

Amma, təəssüf ki, bu gün iri buynuzlu heyvanların sayı çox olsa da, məhsuldarlıq çox aşağıdır. Hər iribuynuzlu heyvan gündə təxminən 4 litr süd verir. Bu, çox aşağı rəqəmdir”.

Onun sözlərinə görə, məhsuldarlığı artırmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi davam edir.

“Damazlıq heyvanlar Avropadan gətirilir. İndiyədək artıq 5 mindən çox damazlıq heyvan gətirilib. Bundan sonra isə 1200-1230 damazlıq heyvan gətiriləcək. Ümumilikdə isə bu günədək ölkədə 7300-dən çox damazlıq heyvan var. Heyvanların hamısı lizinq yolu ilə kəndlilərə verilib”.
NazirAmerikanın Səsinin iri fermer təsərrüfatları yaradılması vəziyyəti ilə bağlı sualının cavabında deyib ki, ilkin olaraq Ağcabədi və Beyləqan rayonlarında 4 800 hektar ayrılıb. Suvarma kanalları çəkilir, lazımi işlər görülür.

“Bu torpaq sahələri müsabiqə yolu ilə fermer təsərrüfatlarına veriləcək. Prezident hökumətin qarşısında məsələ qoyub ki, 50 belə iri taxıl təsərrüfatı yaradılsın. Hazırda iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilir”, deyə Abasov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG