Accessibility links

İranda əkin yerlərinin suyunun kəsilməsinə etiraz üsyana dönüb


İsfahanda su etirazı
İsfahanda su etirazı

Kəndlilər hökumət qüvvələrinin üç avtobusunu yandırıb

İranın İsfahan şəhəri yaxınlığındakı Vərzənə bölgəsində 42 gündür əkin yerlərinin suyunun kəsilməsinə etiraz bildirən kəndlilərlə hökumət qüvvələri arasında qanlı qarşıdurma yaranıb.

“Media forum” saytının məlumatına görə, kəndlilər əkin yerlərindəki suyun kəsilməsini İsfahanın “Zayənderud” gölündən Yəzd şəhərinə çəkilən su boru kəməri ilə əlaqələndirdikləri üçün bir həftə əvvəl həmin kəməri partladaraq əkin sahələrinin susuz qalmasına etiraz bildirmişdilər.

Fevralın 27-də partladılan su boru kəmərini bərpa etmək və onun təhlükəsizliyini qorumaq üçün bölgəyə gedən hökumətin silahlı qüvvələri ilə kəndlilər arasında qanlı qarşıdurma yaranıb. Hökumət qüvvələri gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib. Onlarla kəndli yaralanaraq İsfahan xəstəxanalarına yerləşdirilib. Onlarla şəxs tutularaq bilinməz istiqamətə aparılıb.

Kəndlilər hökumət qüvvələrinin üç avtobusunu yandırıb.
XS
SM
MD
LG