Accessibility links

Əl-Şəbəb yaraqlı qrupunun döyüşçülərinin Keniyada universitetdə 148 nəfərində ölümünə səbəb olan hücumundan bir neçə gün sonra Keniya hərbi təyyarələr qonşu Somalidə hədəflərə hücum edib.

Keniya Müdafiə Qüvvələri bildirib ki, hava hücumları Somalinin cənubunda Gedo regionunda Əl-Şəbəbin iki düşərgəsini hədəf alıb.

Keniya prezidenti Uhuru Kenyatta Əl-Şəbəbin Qarissa Universitet Kollecinə hücumuna sərt cavab veriləcəyinə söz verib.

Yaraqlıların 15 saatlıq hücumundan xilas olanlar güllə yaralarının sağalmasına çalışır.

Keniya Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülən dörd hücumçudan biri olan Abdirəhim Abdullahi Keniya hökumət rəsmisinin oğludur.

Əl-Şəbəb son illər Keniyada dəfələrlə hücumlar təşkil edib və hökumət hərbi qüvvələri Somalidə militantlara qarşı mübarizə aparan Afrika qüvvələrinin tərkibindən çıxarmayana qədər hücumların davam etdiriləcəyi haqda xəbərdarlıq edib.

XS
SM
MD
LG