Accessibility links

Keniya rəsmiləri bildirib ki, ölkənin şimal-şərqində Somali ilə sərhəddə yaşayan qeyri-müsəlmanların hədəf alındığı ekstremist hücumu nəticəsində qonaq evində 12 nəfər həyatını itirib.

Mandera vilayətinin komandiri Cob Boronco deyib ki, Somalidə fəaliyyət göstərən Əl-Şəbəb militant qrupu Mandera vilayətində yerləşən Bişaro Qonaq Evi adlı mehmanxanaya qumbara və əldə düzəldilşmiş bomblarla hücum edib.

Əl-Şəbəb dərhal teleqram mesajlaşma kanalı vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup hücumun “xristian işçiləri” hədəf aldığını bildirib.

Bu, Keniya 2011-ci ildə Somaliyə müdaxilə edəndən bəri Əl-Şəbəb qrupunun Keniyada törətdiyi bir neçə hücumdan biridir.

Bu ayın əvvəlində Manderada qrupun ziyarətçilərə qarşı törətdiyini buna bənzər hücum zamanı altı nəfər öldürülüb.

2014-cü ilin noyabrında militantlar Mandera vilayətində bir avtobusu ələ keçirərək 28 qeyri-müsəlmanı qətlə yetirib.

XS
SM
MD
LG