Accessibility links

Britaniyalı əsgərin qatili haqda yeni məlumatlar əldə edilib


Keniya rəsmiləri ötən həftə Londonda britaniyalı əsgəri vəhşicəsinə qətlə yetirən şəxsin 2010-cu ildə Somali ilə sərhəd bölgədə həbs edildiyini deyib.

Hökumət sözçüsü Mutui Kariuki deyib ki, Maykl Adebolajo və digər beş nəfər Mombasa liman şəhərində saxlanılaraq sorğu-sual edilib.

Videoda 2010-cu ildə Adebolajonun Keniya məhkəməsində çıxışı nümayiş etdirilib.

Əfqanıstanda xidmət göstərən Britaniya əsgəri Li Riqbi Londonun cənub-şərqində günün günorta çağı öldürülüb.

Video görüntü Adebolajonun qanlı əllərində balta və bıçaq tutduğunu, hədə gəldiyini və "Allahu Əkbər" deməsini nümayiş etdirir.
XS
SM
MD
LG