Accessibility links

Keniya hərbi qüvvələri Əl-Şəbəb qrupuna qarşı hava hücumu təşkil edib


Keniya hərbi qüvvələri Əl-Şəbəb terrorçu qrupunun ölkənin cənubunda universitete hücum ederək 148 nəfəri öldürməsindən bir gün sonra qrupa qarşı hava hücumu həyata keçirib.

Hərbi təyyarələr Somalinin cənubunda yerləşən Gedo regionunda qrupn iki düşərgəsini hədəf alıb. Hava hücumundan sonra təlafatlar haqda məlumat verilməyib.

Əl-Şəbəb son illər Keniyada dəfələrlə hücumlar təşkil edib və hökumət hərbi qüvvələri Somalidə militantlara qarşı mübarizə aparan Afrika qüvvələrinin tərkibindən çıxarmayana qədər hücumların davam etdiriləcəyi haqda xəbərdarlıq edib.

Təhlükəsizlik qüvvələri militantları zərərləşdirməzdən əvvəl 15 saata yaxın döyüşərək 500-dən cox tələbəni xilas etməyə nail olub.

Keniyanın bir neçə xəbər agentliyi hökuməti hadisəyə müdaxilədə ləng hərəkət etdiyinə görə tənqid edib. Fransa xəbər agentliyi bildirib ki, xüsusi hərbi qüvvələrin hadisə yerinə gəlməsi 7 saat çəkib.

XS
SM
MD
LG