Accessibility links

Keniyada ticarət mərkəzinə hücumdan sonra yeni ittihamlar


Nayrobidə ticarət mərkəzində baş vermiş terror hücumunun təhlükəsizlik kameraları vasitəsi ilə çəkilən görüntülərində hadisə yerinə gələn əsgərlərin dükanları qarət etdiyi göstərilir.

Mağaza sahibləri dörd gün sonra dükanlarına döndükdə qarət hallarından şikayət ediblər. Ticarət mərkəzində 67 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra dükanlara giriş dörd gün müddətinə qadağan olmuşdu.

Keçən həftə Keniya millət vəkillərindən ibarət komissiya əsgərlərin qarətdə əli olmadığını deyib.

Hərbi rəsmilər hadisəyə münasibət bildirmək üçün mətbuat konfransı keçirməyi planlaşdırır.

Somalinin terror qrupu Əl-Şəbəb hücuma görə məusliyyəti öz üzərinə götürüb. Qrup bunu Keniya hərbi qüvvələrinin Somaliyə müdaxilə etməsinə cavab olaraq etdiyini bildirib.

Keniya iki il əvvəl Əl-Şəbəb qrupuna qarşı mübarizədə kömək üçün Somaliyə hərbi qüvvə göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG