Accessibility links

Somalinin Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb qrupunun yaraqlıları Keniyanın sahil bölgəsindəki iki şəhərdə 22 nəfərin qətlə yetirildiyi hücumun məsuliyyətini öz üzərinə götürüb.

Keniyanın Qırmızı Xaç cəmiyyəti Gamba əyalətində doqquz nəfərin, Lamu əyalətində isə daha dörd nəfərin öldürüldüyü haqda məlumat verib.

Hücumçular yerli polis idarəsində də məhbuslara atəş açaraq onları öldürüb.

Rəsmilər polis idarəsinə gecə hücum zamanı öldürülənlər arasında bir neçə məhbusun və bir polis zabitinin olduğunu bildirib.

Əl-Şəbəb qrupu keçən ay eyni bolgədə 65 nəfəri qətlə yetirmişdi.

2011-ci ildə Əl-Şəbəbə qarşı mübarizə aparmaq məqsədilə Somaliyə hərbi qüvvə göndərdikdən sonra Keniya silahlı hücumlara səhnə olub.

XS
SM
MD
LG