Accessibility links

Prezident Kennediyə qarşı sui-qəsddən 47 il keçir


Prezident Kennediyə qarşı sui-qəsddən 47 il keçir
Prezident Kennediyə qarşı sui-qəsddən 47 il keçir

47 il bundan əvvəl bu gün ABŞ prezidenti Con Kennedi Texas ştatının Dallas şəhərində moto-karvanla keçdiyi zaman sui-qəsd nəticəsində həlak olmuşdur. ABŞ-ın ən gənc prezidenti olan Con Kennedi 1963-cü il noyabr ayının 22-də şəhərin küçələrindən üstü açıq maşınla keçərkən güllə ilə vurulub öldürülmüşdü. Onun 46 yaşı var idi. Hadisə baş verən zamanı Con Kennedinin xanımı Jaklin Kennedi onunla maşında idi. Cənab Kennedi Dallasda xəstəxanaya aparıldıqdan sonra onun öldüyü elan edilmişdir. ABŞ-ın vitse-prezidenti Lindon Conson eyni gün yeni prezident kimi and içmişdir. Con Kennediyə qarşı sui-qəsd amerikalıların yaddaşında tarixi bir gün kimi həkk olunub. Təhqiqat Lii Harvi Osvaldın prezidentə güllə açıb onu öldürdüyü haqda nəticə çıxarmışdır. O, hadisədən bir qədər sonra həbs edilsə də, məhkəmə qarşısına çıxarıla bilməmişdir. Prezidentin qətlindən iki gün sonra Dallasda gecə klubunun sahibi Cək Rubi Osvald polislə qarajdan keçən zamanı onu güllə vurub öldürmüşdü. Con Kennedi paytaxt Vaşinqtonda Arlinqton fəxri xiyabanında dəfn edilmişdir.

XS
SM
MD
LG