Accessibility links

"Şübhə tacirləri" sənədli filmi mübahisələrə səbəb olub [Video]


Robert Kennerin bu yaxınlarda çəkdiyi iqlim dəyişikliyinə həsr etdiyi “Merchants of Doubt” – “Şübhə tacirləri” sənədli filmi birmənalı qəbul edilməyib. İqlim dəyişikliyinə qarşı olanlar belə bir filmin qlobal istiləşməyə dair şübhələrə gətirib çıxaracağını deyir.

Kenner deyir ki, tütün sənayesinin tütünün zərəri barədə xəbərdarlıq strategiyasına şübhələri indi iqlim dəyişikliyi sahəsinə şamil edilir. O deyir ki, tütünün zərəli tərəflərini ört-basdır etməyə çalışan bir qrup adam indi bu işi iqlim dəyişikliyi sahəsində aparır. Kenner Mark Morano kimi kommentatorları şirindilli ekspert adlandırır. O, hazırda çaşqınlıq yaradan alimlərin böyük netf pulları ilə maliyyələşdirildiyini deyir. “Tütün sahəsində olduğu kimi, onlar daha çox araşdırmalar aparılmalı, daha çox vaxt lazım olduğunu və ya işlərini, azadlıqlarını itirə biləcəklərini deyirdilər.”

Lakin Kato institutunun Elmi Araşdırmalar Mərkəzinin direktoru Patrik Maykls daha dürüst skeptikdir. Malkls uzun illər Virciniya ştatında iqlim sahəsində çalışıb. O, qlobal istiləşmənin baş verdiyinə Inanır və ekspertlərin dediklərinin yalnış olduğunu deyir. “Aşağı toposferdə Temperatur tarixinə və BMT-nin kompyutür modellərinin dediklərini müqayisə etsək, temperaturun artmaqda olduğunu görərik. Istiliyin artdığını inkar etmirik. Amma 18-19 ildə bunun təxmin edildiyi qədər yüksəldiyini görmədik. “

İqlim üzrə alimlərə və yanvar ayında açıqlanan hesabata əsasən demək olar ki, istiləşmə proqnozlaşdırdığı kimi artmaqdadır.

Robert Kennerin “Şübhə tacirləri” sənədli filmində çəkilən, Şimali Karolina ştatının sabiq konqresmeni, mühafizəkar Bob İnqlis vaxtın bitdiyini deyir. O, ilk öncə öq mğvqeyindən 180 dərəcə yanınır. Beləki sabiq qubernator Antartikada səfəri zamanı buzlaq qatlarında CO2 konsentrasiyasının olduğunun şahidi olmuşdu. İnqlis əmindir ki. qlobal istiləşmə qlobal narahtlıq yaradıb, lakin bu narahatlıqlar siyasətçilərin əlində qurbana çevrilib. “Bu, hər iki tərəfin günahıdır. Sol tərəfin səhvi mühafizəkarları günahlandırmağa imkan verir. Sağ tərəfin səhvindən tənəzzül qorxuları yardaılması üçün istifadə edilir."

Kennerin filmi insanların ümid və qorxuları arasındakı oynayanları hədəf alıb.

XS
SM
MD
LG