Accessibility links

Keniya matəm saxlayır


Keniyada ticarət mərkəzindəki hücumun qurbanlarına görə matəm tutulduğu vaxt binada qalmış insan cəsədləri çıxarılmaqdadır.

Ötən şənbə günü islamçı yaraqlıların hücumuna cavab olaraq hərbi qüvvələr əməliyyata keçib. 11 şübhəlinin həbs edildiyi, 3 yaraqlının öldürüldüyü, 11 əsgərin yaralandığı xəbər verilir. Hücum zamanı 72 adam öldürülüb. 70 adam hələ də itkindir. Ölənlərin sayının artacağı təxmin edilir.

Ölənlər arasında Britaniya, Kanada, Çin,Fransa, Hindistan və Cənubi Koreya daxil edilməklə, 10 ölkənin vətəndaşları var.

ABŞ prezidenti Barak Obama Keniya prezidenti Uhuru Kenyatta ilə danışdığını və Keniyaya yardım təklif etdiyini bildirib.

BMT-nin baş Assambleyasındakı çıxışı zamanı ABŞ dövlət başçısı deyib ki, Keniya hadisədi, İraq və Əfqanıstandakı hücumlar Əl-Qaidənin regiona hələ də böyük təhlükə olduğuna işarədir.

Keniya prezidenti Uhuru Kenyatta yaraqlıların rüsvayçılıqla məğlub ediliyini deyərək, onların ədalət məhkəməsi qarşısına çıxarılacağını bildirib.

Keniyanın dövlət başçısı bu gün Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurası ilə növbədənkənar toplantı keçərərək, əks-terror strategiyası məsələsini müzakirə edib.

Hücumun arxasında duran Əl-Şəbəb qrupu Keniya əsgərləri tərəfindən
keçirilən əməliyyat zamanı 137 girovun dağıntılar altında qaldığını iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG