Accessibility links

Kenyada kimyəvi maddələr qaçaqmalçılığı ittihamı ilə iki iranlının məhkəməsi iyulun 23-də başlayacaq. Həmin maddələrdən Mombasa şəhərində partlayıcı qurğularda istifadə edildiyinə inanılır. Bu şəhər islmaçı yaraqlıların silsilə hücumlarına səhnə olub.
23 800 dollar müqabilində zaminə buraxılan Əhməd Məhəmməd və Sayed Musəvi adlı iranlılar bu gün pasportlarını məhkəməyə təhvil veriblər. Bu şəxsələr ötən ay Mombasada həbs edilmişdi. Onlara qarşı 15 kq partlayıcı maddə qaçaqmalçılığı ittihamı irəli sürülüb. Müttəhimlər ittihamları rədd edir.
Həbslərdən bir neçə gün sonra Kenya beynəlxalq sanksiyalara görə İrandan illik 4 milyon ton xam neft idxalının dayandırıldığını bəyan etmişdi.
XS
SM
MD
LG