Accessibility links

Kenya prezidenti Üsama bin Ladenin öldürülməsini ədalətin zəfəri adlandırıb


Kenya prezidenti Üsama bin Ladenin öldürülməsini ədalətin zəfəri adlandırıb

Kenya prezidenti Üsama bin Ladenin öldürülməsini ədalətin zəfəri adlandırıb

Kenya prezidenti Mvai Kibaki bugünkü açıqlamasında Üsama bin Ladenin öldürülməsini 1998-ci il Nairobidə ABŞ səfirliyinə terror hücumu qurbanları üçün ədalətin zəfəri adlandırıb. Kenya prezidenti çıxışı zamanı bin Ladenə qarşı keçirilən əməliyyatlarda iştirak edənlərin hamısına minnətdarlığını bildirib.

1998-ci ildə Kenyanın paytaxtında 200 nəfərdən çox insanın ölümü, minlərlə insanın yaralanmasına səbəb olan ABŞ səfirliyinə edilən bomba hücumunun məsuliyyətini Əl-Qaidə öz üzərinə götürmüşdü. Demək olar ki, eyni zamanda Tanzaniyadakı ABŞ səfirliyinə edilən hücum vaxtı 11 nəfər ölmüşdü.

XS
SM
MD
LG