Accessibility links

70-dən çox adam həlak olub

Əl-Şəbab qrupunun yaraqlıları Keniyanın Somali ilə sərhəd şimal-şərq regionunda yerləşən Qarissa universitetinə hücum edib. 70-dən çox adam öldürülüb, 60-dan artıq insan yaralanıb.

Cümə axşamı hücumdan bir neçə saat sonra qrup hücumun məsuliyyətini öz üzərinə götürüb. Əl-Şəbabın bəyanatında hücumun Keniya qoşunlarının Somalidə döyüşdüklərinə görə qisas almaq məqsədilə həyata keçirildiyini bildirib.

Hücum edənlərin Qarissa şəhərində universitet yataqxanasında tələbələri girov saxladıqları bildirilir.

Universitet kampusu Keniya ordusu və yerli polis tərəfindən mühasirəyə alınıb.

Ötən həftə Nayrobi universiteti bütün tələbələrinə Keniya kəşfiyyat agentliklərinin Əl-Şəbab qrupunun Keniyada böyük universitetlərə hücum hazırladıqları barədə xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG