Accessibility links

Keniya paytaxtında güclü partlayış baş verib


Keniyanın paytaxtında polis təxminən 27 nəfərin yaralanmasına səbəb olan güclü partlayışın elektrik sistemində nasazlıq üzündən baş verdiyini deyir. Rəsmilər son zamanlar Keniyada baş vermiş silsilə partlayışlara qumbara hücumu olduğunu və hücumda əl-Şabab Somali yaraqlı qrupu və onları dəstəkləyənləri günahlandırıb.

Lakin polis müvəkkili Metyu İtyir bu gün müxbirlərə partlayışın binanın içərisində elektrik naqillərində nasazlıq ucbatından baş verdiyini düşündüyünü deyib. Partlayış mərkəzi Nairobi ticarət rayonunda təqribən günorta saat 1:10-da baş verib və mağazaların şüşələrinin sınmasına və yanğına səbəb olub.

Xilasedici dəstə alovu söndürdükdən sonra yanğından xəsarət alanaları yerli xəstəxanaya çatdırıb. Keniya hökumətui ötən oktyabr ayında əl-Şabab yaraqlıları ilə mübarizə aparmaq üçün Somaliyə qoşun göndərib. Əl-Qaidə yaraqlıları sərhəddə bir sıra insan oğurluğunda günahlandırılır.

XS
SM
MD
LG