Accessibility links

San Diyeqo zooparkında ağ kərgədan balası dünyaya gəlib


San Diyeqo şəhərinin zooparkında nəsli kəsilmək üzrə olan ağ kərgədan balası dünyaya gəlib.

Bazar günü doğulmuş erkək kərgədana hələlik ad verilməyib.

Heyvanxana işçisi, alim Kristofer Tubb nadir heyvan növlərindən biri sayılan ağ kərgədan balasının dünyaya gəlməsini olduqca sevindirici hal adlandırıb.

Tubbs deyir ki, kərgədanın qidalanması yollarının təkmilləşdirilməsi ağ kərgədanların cənub növünün Afrikadan kənarda yaşaya bilməsi üçün imkanların yaxşılaşdırılmasına xidmət edə bilər .

O deyib ki, kərgədan balasının dünyaya gəlməsi heyvanxanalar kimi bağlı yerlərdə bu nadir heyvan növünün yetişdirilməsi baxımından çox vacıbdir.

Ümumdünya Təbiət Fondu nəsli kəsilməkdə olan ağ kərgədan balasının dünyaya gəlməsi xəbərini müsbət inkişaf kimi qarşılayıb.

Lakin təşkilat son illər xüsusilə də Cənubi Afrikada ağ kərgədanların qiymətli buynuzunu ələ keçirmək istəyən braknoyerlər tərəfindən öldürülməsi hallarının artdığını bildirir. Ümumdünya Təbiət Fondu brakonyerlərin fəaliyyətinə və ağ kərgədanların qanunsuz ovuna son qoyulması üçün dərhal tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG