Accessibility links

ABŞ dövlət katibi İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib.

Con Kerri deyib ki, birbaşa danışıqların bərpası prinsiplərinə dair razılıq əldə edilib. Dövlət katibi razılığı irəliyə doğru mühüm addım adlandırıb.

İsrail-Fələstin sülh danışıqlarının canlandırılmasına çalışan Con Kerri İordaniyada Fələstin müzakirəçisi Saeb Erekatla danışıqlar aparıb.

ABŞ rəsmiləri tərəflərin aralarındakı fikir ayrılıqlarının bir hissəsini həll etdiklərini deyir.

İsrail və Fələstin arasında müzakirələr 2010-cu ildən, İsrailin 1967-ci ildə zəbt etdiyi ərazilərdə inşaata başlamasından sonra dalana dirənib.

Fələstinlilər danışıqlardan əvvəl dövlətlərinin sərhədlərinin zəmanət altına alınmasını tələb edir. İsrail isə heç bir şərti qəbul etmədən danışıqlar aparmaq istəyir.
XS
SM
MD
LG