Accessibility links

ABŞ dövlət katibi Əfqanıstana səfər edib. Con Kerri seçki nəticələrinə görə mübahisə yaşanan Əfqanıstanın prezidentliyə namizədləri ilə görüşür.

Bir ay ərzində o ölkəyə ikinci səfəri zamanı Kerri sabiq maliyyə naziri Əşrəf Qani və onun rəqibi Abdulla Abdulla arasındakı mübarizəni həll etməyə çalışacaq.

Kerri namizədlər və prezident Həmid Karzayla bu gün görüşüb, Myanmarda keçiriləcək Asiya Təhlükəsizlik Konfransına yola düşəcək.

İyul ayında ABŞ dövlət katibi təkrar seçkilərin nəticələrinin yoxlanması üçün namizədlər arasında vasitəçilik etmişdi.

ABŞ-ın Kabildəki səfirliyi 23 min səs qutusunun beynəlxalq müşahidəçilər tərəfindən yoxlandığını bildirib.

XS
SM
MD
LG