Accessibility links

Rusiya və ABŞ Suriyanın münaqişə zonasında qüvələrinin təsadüfən toqquşmasına yol verilməməsi yollarını müzakirə edir.

Amerikanın müdafiə naziri Eşton Karter 7 ay əvvəl vəzifəsinə başladıqdan bəri ilk dəfə olaraq dünən Rusiyanın müdafiə naziri Segey Şoyqu ilə söhbət aparıb.

Müdafiə rəsmilərinin bildirdiyinə görə, Şoyqu Karterə Suriyadakı qüvvələrinin müdafiə mahiyyəti ilə o ölkədə olduğunu və Moskvanın Suriya hökuməti qarşısındakı öhdəliyinə əməl etdiyini deyib.

Eşton Karter Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Suriya barədə konstruktiv müzakirələr keçirdiyini deyib.

Suriyada İŞİD-in məğlubiyyəti əsas prioritetdir

Karter and Şoyqu Rusiya və ABŞ-ın üst-üstə düşən perspektivləri və fikir ayrılıqları ilə bağlı təmas saxlanılmasına razılıq verib.

Pentaqonun rəhbəri Suriyada İŞİD-in məğlubiyyətinin əsas prioritet olduğunu bildirib. Lakin o, bu məqsədə siyasi keçid yolu ilə nail olunmasının vacibliyini vurğulayıb.

ABŞ-ın hazırda Londonda olan dövlət katibi müttəfiqlərlə Suriya ilə bağlı ortaq zəmin əldə edilməsi məqsədi ilə müzakirələr keçirildiyini deyib. Con Kerri münaqişənin siyasi yolla həllinə üstünlük verildiyini vurğulayıb.

Con Kerri deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd vəzifəsindən istefa verməlidir.

Londonda Britaniyanın xarici işlər naziri Filip Hammondla görüşdən sonra ABŞ dövlət katibi Rusiya və İranı nüfuzlarından istifadə edərək Əsədi müzakirələrə razı salmağa çağırıb.

ABŞ dövlət katibi dünən Parisdə ikən Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı o ölkə ilə birbaşa danışıqlar keçiriləcəyini bildirib.

Con Kerri deyib ki, Barak Obama Moskva ilə müzakirələrin əhəmiyyəti və müttəfiqləri ilə bərabər ağırlaşmaqda olan Suriya, habelə Avropanı bürüyən qaçqın böhranının həll edilməsinin vacibliyinə inanır.

Kerri bunları Rusiyanın Suriya tələb etdiyi təqdirdə o ölkəyə qüvvə göndərilə biləcəyini bəyan etməsindən sonra deyib.

Kremlin sözçüsü belə bir tələbin nəzərdən keçiriləcəyini bildirib.

Müzakirələr Rusiyanın Suriyadakı hərbi mövcudluğunu artırdığı bir vaxt keçirilir. Belə ki, Rusiya Suriyaya qırıcı təyyarələr göndərib.

ABŞ rəsmiləri Rusiyanın Lakatia yaxınlığındakı hərbi bazaya 4 Suxoy qırıcı təyyarəsi yerləşdirdiyini bildirir. Bundan əlavə bölgədə Rusiyanın 8 hərbi vertolyotu da müşahidə edilib. Rəsmilər Rusiyanın hazırda Suriyaya 500 piyada dəniz qüvvəsi yerləşdirdiyini bildirir. Rusiyanın daha artıq əsgərini Suriyaya göndərəcəyi gözlənilir.

XS
SM
MD
LG