Accessibility links

Bu gün Asiya səfəri üçün yola çıxan ABŞ dövlət katibi Con Kerri Laos, Kamboca və Çində rəsmi görüşlər keçirəcək.

Hazırda Cənub-Şərqi Asiya - ASEAN təşkilatının sədri olan Laosa səfər iki gün davam edəcək.

Qrupun üzvləri Çinin Cənubi Çin Dənizində artan iddialarından narahatdır. Çin dənizdə süni adalar salır.

ABŞ prezidenti Barak Obama gələn ay ASEAN üzvlərini Kaliforniyada qəbul edəcək.

Kerinin Laosa səfəri zamanı blokun mühümlüyünü dilə gətirərək Çinin iddialarına qarşı bir cəbhə olmağa çağıracağı gözlənilir.

XS
SM
MD
LG