Accessibility links

Kerri Azərbaycan və Ermənistanı əsaslı danışıqlara çağırıb


ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq əsaslı danışıqlara tərəfdar olduğunu bildirib.

Dövlət Departamentinin sözçüsü Con Körbinin açıqladığı bəyanata əsasən, Con Kerri ABŞ-ın mövqeyini Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla telefon söhbəti zamanı ifadə edib.

“O, Dağlıq Qarabağda təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəsə son həftələr əməl olunmasını qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün gərginliklərə yol verməməyə çağırıb”-deyə bəyanatda bildirilir.

ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü
ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü

Con Kerri eyni zamanda, prezidentləri mayın 16-da Vyanada və iyunun 20-də Sank Peterburqda görüşlər zamanı razılaşdırılmış etibar yaradılması tədbirləri ilə bağlı üzərlərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

“Dövlət katibi Birləşmiş Ştatların münaqişənin hərtərəfli həllinə gətirib çıxaracaq əsaslı danışıqları dəstəklədiyini bir daha təkrar edib və prezidentləri ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb”-deyə Dövlət Departamentinin sözçüsü Son Körbinin bəyanatında bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG