Accessibility links

Con Kerri Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib


ABŞ Dövlət katibi Con Kerri
ABŞ Dövlət katibi Con Kerri

"ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib. Con Kerri ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərini vurğulayıb və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına sadiq qaldığını bəyan edib.

Dövlət Departamentinin səhifəsində yerləşdirilmiş təbrikdə deyilir:

"Prezident Obama və Amerika xalqı adından Azərbaycan vətəndaşlarını 28 May Respublika Günü münasibətilə təbrik edirəm.

25 ildən artıqdır iki ölkə Avropa və onun hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi uğrunda birgə iş aparır. Birləşmiş Ştatlar iqtisadi imkanların artırılması, ifadə və siyasi iştirak azadlığının təşviq edilməsi və Azərbaycanın bütün vətəndaşlarının dinc və sabit gələcəyinin təmin edilməsinə yönəlmiş tədbirlərə güclü dəstək verir.

Azərbaycan Avropa bazarlarına enerji daşıyıcılarının tədarükçüsü kimi mühüm rol oynayır və Birləşmiş Ştatlar regionda enerji divertifikasiyasının genişləndirilməsi səylərinə tam dəstək verir. Mənim hökumətim zorakı ekstremizmə qarşı mübarizədə sizin tərəfdaşlığınızı və bizim transmilli məsələlərlə bağlı yaxın əməkdaşlığımızı dəyərləndirir. Birləşmiş Ştatlar həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərinə sadiq qalır.

Bu xüsusi gündə bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG