Accessibility links

"İŞİD ekstremistlərinə qarşı təzyiqi artırmaq vaxtıdır"


ABŞ dövlət katibi Con Kerri

ABŞ dövlət katibi Con Kerri

İslam Dövləti ekstremistləri İraqda mövqe itirməkdə davam edir. Onların liderləri və döyüşçüləri sıradan çıxarılır, qrupun üzvləri ümidlərini itirir, deyə cümə günü ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri cümə günü İraq liderləri ilə danışıqlar aparmaq məqsədilə Bağdada qısa səfər edib. O, İslam Dövləti qrupuna qrşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiyanın gələcək həftələr və aylar ərzində qrupa qarşı təzyiqi artırmaq üçün İraqla iş birliyi edəcəyini deyib.

ABŞ dövlət katibi Con Kerri və Kürdüstan regional hökumətinin baş naziri Neşrivan Barzani

ABŞ dövlət katibi Con Kerri və Kürdüstan regional hökumətinin baş naziri Neşrivan Barzani

Baş diplomat Amerikanın təhlükəsizliyi gücləndirmək və iqtisadi və siyasi inkişaf sahəsində sabitlik yaratmq yolunda İraq hökümətinə davamlı dəstəyini vurğulayıb.

İraq paytaxtına 2014-cü ildən bəri ilk dəfə səfər edən Kerri Bağdada Bəhreyndən gedib. Orada o, baş nazir Heydər Əl-Abadi və Kürdüstan regional hökumətinin baş naziri Neşrivan Barzani ilə görüşüb və daha sonra mətbuat konfransı zamanı müxbirlər önündə çıxış edib.

İslam Dövləti döyüşçüləri aylardır hücuma keçmirlər və bir zamanlar nəzarət etdikləri ərazinin 40 faizini itiriblər.

İraqda ekstremistlərə qarşı əldə olunan irəliləyişləri sadalayan Kerri, İslam Dövləti “döyüşçülərinin aylardır hücuma keçmədiklərini” və bir zamanlar nəzarət etdikləri ərazinin 40 faizini itirdiklərini deyib.

Kerrinin dediyinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi hava hücumları İŞİD liderlərini hədəf alıb və cihadçı qrupun maliyyə axının qarşısnı alıb. O, həmçinin İŞİD-in “torpaq, döyüşçü və pul itirdiyini” qeyd edib.

Kerri İraq qüvvələrinin İraqın çimalında yerləşən Mosulu geri alamq üçün zəmin yaradırlar. Mosul 2014-cü ildə İslam Dövləti yaraqlılarının əlinə keçib. Bİrləşmiş Ştatların İraqın strateji baxımndan əhəmiyyətli olan bu şəhərə qarşı hücum üçün iraqlılara əlavə dəstək göndərdiyinə dair işarələr var.

ABŞ dövlət katibi Con Kerri və İraqın baş naziri Heydər Əl-Abadi

ABŞ dövlət katibi Con Kerri və İraqın baş naziri Heydər Əl-Abadi

Dövlət katibi Mosul əməliyyatının davam etdiyini və hələ də prosesin genişləndirildiyini deyib. Bu həftənin əvvəli Pentaqon rəsmiləri deyib ki, koalisiya hava hücumları Mosulda daha öncə Türkiyə konsulluğu kimi fəaliyyət göstərərn İŞİD qərargah kompleksini məhv edib.

Hazırda İraqda 3870 ABŞ əsgəri var.

Kerry iraqlıların əalvə amerikalı qoşunlar tələb etmədiklərini deyib. Lakin Birləşmiş Ştatlarda belə bir tələbin Pentaqon tərəfindən irəli sürüləcəyinə dair məlumatlar gəzir.

ABŞ birgə qərargahlar sədri general Cozef Danford və müdafiə katibi Eş Karter İslam Dövləti yaraqlılarına qarşı döyüşmək üçün daha çox ABŞ qoşunun göndərilməsini tələb edəcəyi gözlənilir. Ağ Ev sözçüsü Coş Ernest prezident Barak Obamanın bu cür tövsiyələri “diqqətlə nəzərdən keçirəcəyini” deyib.

ABŞ dövlət katibi Con Kerri və İraqın xarici işlər naziri İbrahim Əl-Eşayker Əl-Cəfəri

ABŞ dövlət katibi Con Kerri və İraqın xarici işlər naziri İbrahim Əl-Eşayker Əl-Cəfəri

ABŞ ordusunun rəsmiləri təkcə Mosul ətrafındakı ərazidə əlavə hərbi qarovul yerləşdiriləcəyini deyib.

Kerri həmçinin bildirib ki, ABŞ didərgin düşmüş iraqıları 155 milyon dəyərində əlavə humanitar yardımla təmin edəcək. Beləliklə 2013-cü ilin sonundan bəri ABŞ-ın İraqa humanitar yardımının ümumi dəyəri 780 milyon dollar təşkil edəcək.

Kerri Yaxın Şərqə və Asiya ölkələrinə bir həftəlik səfərdədir. Səfər çərçivəsində Kerri Yaponiyada keçiriləcək G-7 Sammitində iştirak edəcək.

XS
SM
MD
LG