Accessibility links

Çinin Xarici İşlər nairi Vanq Yi ölkədə səfərdə olan ABŞ Dövlət katbi Con Kerriyə Pekinin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq işində olduqda qətiyyətli olduğunu deyib.

O bu açıqlamarnı iki diploma arasında danışıqlardan sonra Pekində keçirilən mətbuat konfransında verib. Danışıqlar zamanı iki ölkə arasında ticari münasibətlər, Şimali Koreyanın nüvə proqramı və Cənubi Çin dənizində mübahisəli ərazilərlə bağlı gərginliklər kimi müxtəlif məsələlər müzakirə olunub.

ABŞ və Cənub-şərqi Asiya ölkələrinin Assosiasiyasının demək olar bütün üzvləri Pekini Çinin iddia etdiyi su ərazilərində kiçik adalar yaratmaq məqsədilə fəaliyyət göstərməkdə ittiham edir.

Xarici İşlər naziri Vanq Çinin məsələ ilə bağlı danışıqlara hazır olduğunu, lakin inşa işlərindən geri çəkilməyəcəyini bidirib.

Çin Filippin, Vyetnam, Malaziya, Bruney və Tayvanın da müəyyən hissələrinə iddia etdiyi Spratli adalarının yerləşdiyi ərazidə inşa işlərini intensivləşdirib.

XS
SM
MD
LG