Accessibility links

ABŞ dövlət katibi Con Kerri İran və Suriyaya kəskin xəbərdarlıq edərək, deyib ki, bu ölkələrin hökumətləri dəyişikliyi qəbul etməlidir, əks halda bunun nəticələri ilə qarşılacaqlar.

Con Kerri bu açıqlamanı ABŞ Dövlət katibi kimi xaricə ilk səfəri zamanı verib.

O, Londonda Britaniyanın Baş naziri Deyvid Kameron və Xarici İşlər naziri Villiam Heyqlə görüşüb.

Səfər çərçivəsində Dövlət katibi Kerrinin Almaniya, Fransa, İtaliya, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qatar kimi Avropa və Yaxın Şərqin bir sıra ölkələrinin liderləri ilə görüşləri nəzərdə tutulub.

Dövlət Departamentinin nümayəndələrinin bildirdiyinə görə, Con Kerrinin səfər zamanı Britaniya və digər ölkələrdə rəsmilərlə görüşləri zamanı Suriyada vəziyyət müzakirələrin diqqət mərkəzində olacaq. Onun Suriyanın müxalifət koalisiyası ilə də görüşü planlaşdırılır.

Berlində olduğu zaman cənab Kerri Russiaylı həmkarı Sergey Lavrovla da görüşüb.

Vaşinqton və Moskva arasında Suriya böhranı ilə bağlı fikir ayrılıqları davam edir. İki ölkə arasında münasibətlər ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsi planlarına görə soyuyub.

Dövlət Departamenti bildirib ki, Con Kerri Parisdə olduğu zaman Vaşınqtonun Fransa və başqa ölkələrlə Malidə vəziyyətin sabitliəşdirilməsi sahəsində əməkdaşlıq səylərini müzakirə edəcək.
XS
SM
MD
LG