Accessibility links

Con Kerri: Dünya boyu dini azlıqlar təhlükə altında qalmaqdadır


ABŞ Dövlət katibi Con Kerri

ABŞ Dövlət katibi Con Kerri

ABŞ Dövlət katibi Con Kerri deyib ki, Birləşmiş Ştatlar dünya ölkələrində hücumlara məruz qalıb, təhlükə altında olan dini azlıqların müdafiəsinə duracaq.

Con Kerri ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığına dair illik hesabatını açıqlayarkən bunları bəyan edib.

Hesabatda deyilir ki, keçən il dünya ölkələrində milyonlarla insan dini əqidəsinə görə yerlərindən didərgin düşüb. Sənəddə göstərilir ki, münaqişə zonalarında insanların öz yerlərini kütləvi şəkildə tərk etməsi normal hal alıb.

Con Kerri Şimali Koreyanın Beynəlxalq Din Azadlığına dair illik hesabatında bu dəfə də dini zəmində repressiyaların önündə gedən ölkə olaraq qaldığını bildirib.

ABŞ Dövlət katibi Rusiya hökumətinin dini əqidəsinə görə insanlarla qəddarcasına rəftara bəraət qazandırılması üçün ekstremizm adı ilə cəza tədbirlərindən istifadə etdiyini vurğulayıb.

XS
SM
MD
LG