Accessibility links

ABŞ və Əfqanıstan Talibanı sülh danışıqlarına qayıtmağa çağırır


ABŞ və Əfqanıstan Talibanı Əfqanıstan hökuməti ilə sülh danışıqlarına qayıtmağa çağırıb.

Əfqanıstan liderləri ilə danışıqlar aparmaq üçün şənbə günü Kabilə səfər edən ABŞ Dövlət katibi Con Kerri deyib ki, Talibanın sülh prosesində iştirakı zorakıqların və əfqan xalqının illərdir müharibəyə görə çəkdiyi əziyyətlərə son qoymasına kömək edə bilər.

Birgə mətbuat konfransında Kerri və Əfqanıstan prezidenti Əşrəf Qani iyul ayında Varşavada Əfqanıstanda təhlükəsizlik qüvvələrinin statusunun də müzakirə ediləcəyi NATO sammiti və bu il Brüsseldə keçiriləcək yardım konfransı kimi müxtəlif məsələləri müzakirə ediblər.

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani deyir ki, onun höküməti sülh və barışıq istiqamətində səy göstərir, amma Taliban danışıq masasında oturmayanadək bu səylər heç bir nəticə verməyəcək.

O bu açıqlamanı Con Kerrinin iştirakı ilə keçirilən İkitərəfli Komissiyanın iclası zamanı verib.

ABŞ dövlət katibi Con Kerri və Əfqanıstan prezidenti Əşrəf Qani
ABŞ dövlət katibi Con Kerri və Əfqanıstan prezidenti Əşrəf Qani

“Biz inanırıq ki, beynəlxalq ictimaiyyət regiondakı əsas oyunçuları Talibanı Əfqan höküməti ilə danışıqlar aparmağa təşviq etməyə yardım edə bilər,” deyə xarici işlər naziri bildirib.

Əfqan höküməti və Taliban arasında sülh danışıqların bərpasına yol açacaq səylərə dəstək Kerri üçün əsas məsələlərdən biridir.

Birləşmiş Ştatlar, Əfqanıstan, Pakistan və Çindən ibarət Dördtərəfli Koordinasiya Qrupu sülh danışıqlarını başlatmağa çalışır. Onlar mart ayında Taliban rəsmiləri ilə görüş təşkil etməyə çalışıblar, lakin yaraqlılar bu təklifi rədd edib.

Kerri Əfqanıstaın sülh və təhlükəsizliyə ehityacını vurğulayıb.

“Məqsəd uzunmüddətli və tarixi bir dəyişiklik əldə etməkdirsə, rahatlamağa imkan olmamalıdır,” deyə Kerri bildirib.

“Əgər bu səylərin qarşısını almağa, bu cəhdlər nəticəsində əldə olunan uğurları məhdudlaşdırmağa çalışan terrorçular varsa, demək rahatlamağa da vaxt yoxdur,” deyə o əlavə edib.

Məqsəd uzunmüddətli və tarixi bir dəyişiklik əldə etməkdirsə, rahatlamağa imkan olmamalıdır.
Con Kerri

Bəzi təhlilçilər danışıqların baş tutmayacağını düşünür.

“Heç bir sülh prosesi yoxdur,” deyə ABŞ Ordusunun Müharibə Kollecinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar İnstitutunnun milli təhlükəsizlik məsələləri üzrə professoru Kris Matson bildirir.

“Taliban qəti bir şəkildə bildirib ki, bu danışıqlarda iştirak etməyəcək,” deyə o qeyd edib.

ABŞ Dövlət katibi Con Kerri Əfqanıstanda əvvəlcədən elan olunmamış səfər edərək, ABŞ-ın ölkənin milli birlik hökümətinə dəstəyini bir daha ifadə edib.

Kerri Əfqanıstan paytaxtına İraq hökümətinin liderləri ilə görüşüb onları ABŞ-ın davamlı dəstəyinə emin etmək üçün Bağdada əvvəlcədən elan olunmamış qısa səfərdən sonra gəlib.

ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi Riçard Olson Birləşmiş Ştatların Kabildə artıq 18 ildir hakimiyyətdə olan milli birlik hökümətini dəstəklədiyini vurğulayıb.

Kerri Əfqanıstanda ABŞ əsgərləri ilə görüşür
Kerri Əfqanıstanda ABŞ əsgərləri ilə görüşür

Birləşmiş Ştatlar Əfqanıstanın birlik hökümətinin yaranmasına gətirib çıxaran razılığın əldə olunmasında vasitəçilik edib. İki il öncə ölkədə keçirilən seçkilərin mübahisəli nəticələrindən sonra əldə olunan bu razılığa əsasən hakimiyyət prezident Əşrəf Qani və baş icraçı Abdullah Abdullah arasında bölünür.

Lakin əfqan xalqı bu hökümətdən artıq dərəcədə narazıdır.

Ötən ay ABŞ-ın Yayım Şurası və Gallup təşkilatının birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sorğu iştirakçılarıının 80 faizinin Qani-Abdullah hökümətindən narazı olduqlarını göstərir.

İctimai narazılığın ən böyük səbəbi rəsmi Kabilin Talibanla sülh danışıqlarına start vermək səylərini dayandırması və ölkə daxilində tez-tez zorakı hadisələrin baş verməsidir.

Kerrinin Əfqanıstandakı diplomatik səylərinin əsas məqsədi isə sülh danışıqları üçün zəminin hazırlanmasıdır.

Taliban qəti bir şəkildə bildirib ki, bu danışıqlarda iştirak etməyəcək.
Mettyu Kris Meyson

​Kerrinin Kabilə səfəri ABŞ-Əfqanıstan qarşılıqlı əlaqələrinin intensivləşdirildiyi vaxta təsadüf edir. Mart ayında prezident Barak Obama Qani və Abdullahla video konfrans keçirib.

Həm Kerri, həm vitse-prezident Co Bayden yanvar ayında İsveçrədə keçirilən konfrans çərçivəsində Əfqanıstan prezidenti ilə görüşüb. Kerri Qani ilə mart ayında Almaniyada daha bir görüş keçirib.

Dövlət katibinin Əfqanıstana səfəri Yaxın Şərq və Asiya səfərinin bir hissədidir. Səfər çərçivəsində o, Yaponiyada keçiriləcək G-7 Sammitində iştirak edəcək və İkinci Dünya Müharibəsi abidəsini ziyarət edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG