Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda telefon söhbəti aparıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözsüçü Con Kirbi gündəlik brifinq zamanı məlumat verib.

Dövlət Departamenti bildirib ki, Con Kerri hər iki telefon söhbəti zamanı ölkə liderləri ilə Dağlıq Qarabağ münaqişəsində tərəflərin atəşkəsə ciddi riayət etməsinin və əhatəli həllə nail olunması üçün danışıqlar prosesinə daxil olmasının vacibliyini müzakirə edib. Dövlət katibi Con Kerrinin eyni zamanda Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə etdiyi bildirilir.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş, Avstriya, Vyana,19 noyabr, 2013-cü il

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş, Avstriya, Vyana,19 noyabr, 2013-cü il

Birləşmiş Ştatlar bu ayın əvvəli Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulmasını qınayıb və münaqişənin sülh yolu ilə həlli üçün tərəfləri dialoqu davam etdirməyə çağırıb. Dövlət katibi Con Kerri verdiyi bəyanatda bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Həmsədr ölkə kimi Birləşmiş Ştatlar möhkəm və davamlı sülhə nail olmaq üçün tərəflərlə işləməyə sadiq qalır"-deyə o qeyd edib.

Con Kerri martın 30-da nüvə sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı iki ölkə arasında ortaq maraqlardan danışarkən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini qeyd edib. “Biz habelə Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır”-deyə Con Kerri bildirib.

ABŞ-ın vitse-prezidenti Co Bayden Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllində dialoqa çağırıb. Baydenin ofisinin prezident İlham Əliyevlə görüşdən sonra verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin əhatəli həllinə nail olunmasının vaciblyi vurğulanıb. “Dağlıq Qarabaq münaqişəsindən danışaraq vitse-prezident zorakılıqların davam etməsi ilə bağlı narahatlığını bildirib və dialoqa çağıraraq, davamlı sabitlik, təhükəsizlik və regionun tərəqqisi naminə münaqişənin əhatəli həllinin vacibliyni vurğulayıb”-deyə bəyanatda bildirilib.

XS
SM
MD
LG