Accessibility links

Kerri: İsraillilər və fələstinlilər sülh danışıqlarını bərpa etməyə yaxındır (Yenilənib)



ABŞ Dövlət katibi Con Kerri İsraillilər və fələstinlilərin sülh danışıqlarını bərpa etməyə yaxın olduqlarını deyib. İordaniya paytaxtı Əmmanda müxbirlərlə danışan Con Kerri bildirib ki, İsrail və Fələstin rəsmilərilə apardığı danışıqlar nticəsində tərəflər arasında fikir ayrılıqlarını azalmaq mümkün olub.

Kerri həmçinin tərəflərə prosesə zərər vura biləcək addımlar atmaması ilə bağlı xəbərdarlıq edib.

Bundan öncə ABŞ Dövlət katibi Ərəb Liqasının yüksək səviyyəli rəsmiləri ilə sülh prosesini müzakirə edib.

Con Kerri bu ilin əvvəli ABŞ Dövlət katibi olandan sonra artıq altıncı dəfədir regiona səfər edir. 2010-cu ildə dayandırılmış danışıqların bərpası onun xarici siyasət sahəsində başlıca prioritetlərindən biridir. Kerri bildirib ki, keçən ay hər iki tərəflə danışıqlar real nəticə verib.

ABŞ Dövlət katibi İsrail və fələstinlilər arasında danışıqların yenidən bərpası səylərini Ərəb Liqasının liderləri və əhatəli sülh planını dəstəkləyən və ərəb dövlətlərinin nümayəndələri ilə müzakirə edib. Görüşlərdə həmçinin Misirdə artan gərginlik və Suriyada böhran kimi məsələlər də müzakirə edilib.
XS
SM
MD
LG