Accessibility links

Con Kerri Loren Fabuisla İranın nüvə proqramını müzakirə edib


ABŞ Dövlət katibi Con Kerri deyib ki, İranın nüvə proqramının özünün bildirdiyi kimi dinc maraqlara xidmət etdiyini dünyaya göstərmək və bunu sübut etmək Tehranın özündən asılıdır.

Con Kerri bu açıqlamaları Parisdə Fransanın Xarici İşlər naziri Loren Fabiusla birgə mətbuat konfransı zamanı verib.

Bundan əvvəl də bildirdiyi kimi, Con Kerri İran və dünyanın beş qüdrətli dövləti arasında nüvə proqramına dair danışıqlarda inkişafın olduğunu, lakin fikir ayrılıqlarının hələ də qaldığını qeyd edib. İranla danışıqlar aparan ABŞ, Fransa, Britaniya, Çin və Rusiya habelə Almaniyanın nümayəndələrindən ibarət qrup bu ayın sonuna qədər yekun razılığın əsas müddəalarını müəyyən edəcək çərçivə razılığını əldə etməyə ümid edir. Tərəfləri razı salacaq yekun razılığın əldə edilməsi üçün son möhlət iyun ayının 30-da bitir.

“Qarşıdan bir neçə mühüm həftə gəlir”-deyən Con Kerri bildirib ki, hər hansı bir razılaşma dyeil, lazım olan razılığın əldə edilməsi vacibdir.

Fransa xarici işlər naziri deyib ki, danışıqlrda vasitəçilər regional sabitliyi təmin edəcək əsaslı bir razılaşmaəldə etməlidir. Loren Fabius çərçivə razılığının əldə edilməsi üçün hələ çox iş görülməli olduğu fikrində Con Kerri ilə razılaşıb.

ABŞ Dövlət katibi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə martın 15-də İranın nüvə proqramına dair danışıqlar başlayanda yenidən görüşəcək.

XS
SM
MD
LG