Accessibility links

Kerri Qəzzada İsraillə münaqişənin davam etdirilməsinə görə Həması günahlandırır


ABŞ Dövlət katibi Con Kerri Qəzza zolağında İsraillə münaqişənin davam etdirilməsinə görə Həması günahlandırıb.

Bazar günü ABŞ-ın tele şirkətlərinə müsahibələrdə Amerikanın baş diplomatı Həmas yaraqlılarının ikii həftədir davam edən və İsrail tərəfdə 20 nəfərin öldüyü halda, çoxü mülki vətəndaş olmaqla 425 Qəzza sakininin həyatını itirdiyi münaqişənin dayandırılması üçün atəşkəsi qəbul etməkdən, onun öz ifadəsilə, inadkarlıqla imtina etdiyini deyib.

Con Kerri Qəzzaya üç gün bundan əvvəl quru qüvvələr göndərən İsraili müdafiə edərək, ölkənin Həmasın atdığı raketlərdən müdafiə olunmaq hüququ olduğunu deyib. ABŞ dövlət katibi bildirib ki, Həmas raket hücumları ilə İsrail hərbi qüvvələrininin əməliyyata başlamasına yol açıb.

Con Kerri Qəzzada vəziyyətin pis olduğunu deyərək, Həmasın öz məsuliyyətini tanımalı olduğunu bildirib.

Həmas Misirin təklif etdiyi atəşkəs planını rədd edib. Ağ Ev ABŞ prezidenti Barak Obamanın İsrailin Baş naziri Benyamin Netanyahuya ilə telefon söhbəti zamanı ona Con Kerrinin atəşkəs səylərilə bağlı Qahirəyə səfər edəcəyini dediyi haqda məlumat verib.

XS
SM
MD
LG