Accessibility links

ABŞ dövlət katibi 3 günlük rəsmi səfərlə Hindistandadır. Bu ölkəyə ilk səfəri çərşivəsində Con Kerri ticarət, mühacirət və təhlükəsizlik məsələlərini müzakirə edir. Məqsəd Hindistan bazarlarına əlavə çıxış, hindistanlı işçilərin Amerikada iş tapmalarına yardım edəcək mühacirət siyasəti əldə etməkdir.

Dövlət katibi Hindistanıdavamlı artım üçün mühüm olan iqlim dəyişikliyi ilə bağlı ölçülər götürməyə çağırıb.

Con kerri Hindistandan Əfqanıstanın 2014-cü ildə keçiriləcək seçkilərində o ölkəyə seçki sisteminin inkişafı və mübahisələrin həllində dəstək nümayiş etdirməsini istəyib.

Con Kerri Hindistana Qətərdən gedib.

ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, Qətərdə keçirilən "Suriyanın dostları" sammitində Suriya prezidenti Bəşar Əl-Əsədin Ərəb və Qərbli rəqibləri Suriyalı üsyançılara əlavə dəstək verəcəklərini vəd edib.

Kerri deyib ki, 11 ölkə naziri Suriyada on minlərlə insanın ölümünə səbəb olan 2 ildir davam edən döyüşlərə son qoymaq məqsədi ilə üsyançılara humanitar və hərbi yardım göstərəcəklərinə dair öhdəlik götürüb.

Birləşmiş Ştatlar və Böyük Britaniya Suriya hökuməti ilə rəqibləri arasında İsveçrədə birbaşa danışıqların keçirilməsinə çalışır.

Çərşənbə axşamı Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Con Kerri Hindistanın xarici işlər naziri Salman Xurşidlə görüşməlidir.
XS
SM
MD
LG