Accessibility links

ABŞ dövlət katibi hindistanlı həmkarı ilə görüşüb


ABŞ dövlət katibi hindistanlı həmkarı Salman Xurşidlə görüşü zamanı ticarət, mühacirət və təhlükəsizlik məsələlərini müzakirə edib.

Con Kerrinin Hindistana 3 günlük səfərinin məqsədi Hindistan bazarlarına əlavə çıxış, hindistanlı işçilərin Amerikada iş tapmalarına yardım edəcək mühacirət siyasəti əldə etməkdir.

Dehlidə ABŞ-Hindistan strateji dialoq seminarındakı çıxışı zamanı Kerri Hindistandan Əfqanıstanın 2014-cü ildə keçiriləcək seçkilərində o ölkəyə seçki sisteminin inkişafı və mübahisələrin həllində dəstək nümayiş etdirməsini istəyib.

ABŞ dövlət katibi Hindistanı Pakistanla da münasibətlərini normallaşdırmağa çağırıb.

Dövlət katibi Hindistanı davamlı artım üçün mühüm olan iqlim dəyişikliyi ilə bağlı ölçülər götürməyə səsləyib.

Sabah Con Kerri Səudiyyə Ərəbistanına yola düşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG