Accessibility links


Dövlət katibi Con Kerri Suriya ilə bağlı danışıqları davam etdirmək üçün İordaniyada keçirilən Dünya İqtisadi Forumuna qatılacaq. Onun Suriyada qanlı münaqişəyə son qoymaq məqsədilə gələn ay Cenevrədə keçirilməsi planlaşdırılan sülh danışıqlarına dəstək qazanmağa çalışacağı gözlənilir.

Təklif edilmiş sülh təşəbbüsü Suriya prezidenti Bəşar Əl-Əsəd hökuməti və onu hakimiyyətdən salmağa çalışan müxalifət koalisiyası üzvləri arasında ilk dəfə olaraq danışıqları nəzərdə tutur.

Suriyanın Xarici İşlər naziri Valid Əl-Mualem onun hökumətinin danışıqlarda iştirak edəcəyini bildirərək, bunu Suriyada böhranın həlli üçün yaxşı imkan adlandırıb.

Danışıqlara Birləşmiş Ştatlar və Rusiya sponsorluq edir. Rəsmi Vaşinqton Suriyanın bölünmüş müxalifətinin danışıqlardan öncə fikir ayrılıqlarına son qoyub birləşməsinə çalışır.

Suriyanın aparıcı müxalifət liderləri koalisiyanın danışıqlara qatılacağını bildirib, lakin onların cənab Əsədin hakimiyyətdən getməsi kimi əsas tələblərinə nail ola biləcəklərinə şübhə ilə yanaşır.
XS
SM
MD
LG