Accessibility links

ABŞ dövlət katibi diplomatik səylərini bu gün İordaniyada davam etdirir. Con Kerri İsrailə yola düşməzdən əvvəl kral Abdulla ilə görüşməlidir.

İsrail-Fələstin sülh danışıqlarının bərpasına çalışan Kerri sabah İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Həmin gün yenidən Əmmana qayıdacaq dövlət katibi Fələstinlilərin prezidenti Mahmud Abbasla müzakirələr keçirəcək.

Con Kerri deyib ki, İsrail və Fələstin liderləri müzakirələrin bərpasına razılıq versələr də, proses asan olmayacaq. Dövlət katibi Benyamin Netanyahu və Mahmud Abbasın sülh əldə edilməsinə hazır olduqlarını bildirib.
XS
SM
MD
LG