Accessibility links

Kerri ABŞ və Çin arasında iqlim dəyişikliyinə dair razılığın əhəmiyyətini vurğulayıb


ABŞ Dövlət katibi Con Kerri ABŞ və Çin arasında iqlim dəyişikliyinə dair razılığın qlobal istiləşmə ilə mübarizədə tarixi mərhələ adlandırıb. “Bu danışıqlarda iki müxalif düşərgənin liderləri hesab edilən Birləşmiş Ştatlar və Çin məsələ ilə bağlı ümumi razılığa gəlib. Bu, tarixi bir mərhələdir və bizim hamımızı aydın bir mesajdır ki, on illərdir qarşımızda olan maneələri aradan qaldırmaq mümkündür”-deyə o bəyan edib.

Con Kerri bu açıqlamanı Peru paytaxtı Limada BMT-nin İqlim Dəyişikliyinə dair konfransında verib. Dünyanın 200 ölkəsinin nümayəndəsinin iştirak etdiyi konfransda qlobal istiləşmənin qarşısını alınması məqsədilə yeni müqavilə ilə bağlı dekabrın əvvəlindən müzakirələr aparılır. Yeni müqavilə müddətini 2012-ci ildə bitmiş Kioto Protokolunu əvəz etməlidir. Peru konfransı gələn il dekabr ayında Parisdə razılaşmanın əldə edilməsi üçün hazırlıq xarakteri daşıyır.

Keçən ay dünyada havaya ən çox tullantıların atılıdığı iki ölkə olan Birləşmiş Ştatlar və Çin arasında müqavilə imzalanmışdı. ABŞ öz üzərinə 2025-ci ilə qədər istixanə qazlarının 26-28 faiz azaldılması haqda təəhhüd götürüb. İlk dəfə olaraq Çin fəaliyyət planı üçün müddət qoyaraq, havaya çirkli tullantıların atılmasının 2030-cu ilə qədər ən yüksək səviyyəyə çatacağını bildirib.

Dövlət katibi Con Kerri həmçinin deyib ki, təkcə çirkli tullantıların havaya ən çox atıldığı Birləşmiş Ştatlar və Çin deyi, Yer kürəsində hər bir ölkə iqlim dəyişikliyinə görə məsuliyyət daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG