Accessibility links


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu həftə İranın nüvə proqramı ətrafında BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın iştirakı ilə keçəcək müzakirələr zamanı ABŞ Dövlət katibi Con Kerri ilə görüşəcək.

Cümə axşamı gününə təyin edilmiş görüş son altı il ərzində rəsmi Vaşinqton və Tehran arasında yüksək səviyyədə keçiriləcək ilk danışıqlar olacaq. İki ölkə arasında 30 ildən artıqdır diplomatik münasibətlər mövcud deyil.

ABŞ rəsmiləri BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində prezident Barak Obama və İranın yeni seçilmiş prezidenti Barak Obama arasında da görüş keçirilə biləcəyini bildiriblər. Bu baş versə, 1979-cu ildə İranda islam inqilabından sonra ABŞ və İranın dövlət başçıları arasında ilk görüş görüş olacaq.

Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün b azar ertəsi Nyu-Yorka yola düşən prezident Ruhani Qərb liderlərini onun daha geniş dialoqa dair çağırışlarına diqqət verməyə və ölkəni zəiflətmiş iqtisadi sanksiyaların yüngülləşdirilməsi üçün addımlar atmağa çağırıb.
XS
SM
MD
LG