Accessibility links

Kerri: Nüvə danışıqlarında mövqelərdə ciddi fərqlər qalmaqdadır


ABŞ Dövlət katibi Con Kerri və Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer

ABŞ Dövlət katibi Con Kerri və Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer

ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı əhatəli razılaşmanın əldə edilməsi üçün qoyulmuş son möhlətin yaxınlaşdığı vaxt İran və dünya qüdrətləri arasında danışıqlarda tərəflərin mövqelərində ciddi fərqlərin qaldığını bildirib.

Con Kerri bu açıqlamanı Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerlə bağlı qapılar arxasında danışıqlara başlamazdan əvvəl Vyanada verib.

Almaniya xarici işlər naziri deyib ki, əsas məsələ İranın nüvə silahları istehsal etmək üçün apardığı araşdırmalara son qoymağa hazır olub-olmamasındadır.

İran nümayəndə heyətinə yaxın bir mənbənin Fransa xəbər agentliyinə bildirdiyinə görə, tərəflər arasında geniş fikir ayrılıqları mövcuddur. Onun sözlərinə əsasən, razılaşmanın əldə edilməsi yeganə ssenario əsasında baş verə bilər və bu da detalları sonradan müəyyənləşdiriləcək ümumi çərçivə razılığından ibarətdir.

Tərəflər noyabrın 24-ü razılaşmanın əldə edilməsi üçün qoyulmuş son möhlət yaxınlaşdıqca şənbə günü bağlı qapılar arxasında intensiv danışıqlar aparıb.

XS
SM
MD
LG