Accessibility links

ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə görüşməlidir


ABŞ dövlət katibi sabah İranın xarici işlər naziri ilə görüşməlidir. Con Kerri və Məhəmməd Cavad Zərif İranın nüvə proqramına dair danışıqları dəyərləndirməlidir.

Kerri Hindistan səfəri zamanı Cenevrə danışıqlarının inkişaf prosesini sürətləndirəcəyinə ümid bəslədiyini deyib.

İran, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndələrinin müzakirləri İranla nüvə proqramının ixtisarına dair razılıq əldə edilməsi və bunun müqabilində İrana qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Beynəlxalq ictimaiyyət İranı nüvə silahı əldə etmək cəhdində günahlandırır. İran isə nüvə poqramının dinc mahiyyət daşıdığını bildirir.

Tərəflər arasında razılıq əldə edilməsinə iyul ayının 1-dək möhlət verilib.

XS
SM
MD
LG