Accessibility links

Görüşdə Tehranın nüvə proqramı müzakirə olunacaq

ABŞ rəsmiləri bildirir ki, bu gün Dövlət Katibi Con Kerrinin Parisdə iranlı həmkarı Cavad Zərif ilə görüşü gözlənilir. Görüşdə Tehranın nüvə proqramı barədə danışıqlar aparılacaq.

Cənab Kerri ötən həftə terror hücumları qurbanlarının anım mərasiminə iştirak etmək üçün Parisdə səfərdədir.

ABŞ dövlət katibi İranın nüvə proqlarmı ilə bağlı nəticə verəcək danışıqlar aparmaq üçün Cavad Zərif ilə bu həftənin əvvəli Cenevrədə görüşüb.

İran və dünyanın altı güclü dövləti- ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya iyulun 1-dək yekun razılaşma əldə etməyə çalışırlar. Noyabr ayında razılaşma əldə edilmədiyi üçün danışıqların vaxtı uzadılmışdı.

P5 + 1 adlanan ölkələr qrupu İranın uranın zənginləşdirilməsi proqramını və nüvə silahı istehsalı cəhdini dayandırmasını istəyir. Əvəzində isə İrana qarşı sanksiyalar aradan qaldırılması vədi verilib.

XS
SM
MD
LG