Accessibility links

Kerri İranla nüvə danışıqları barədə açıqlamalar verib


ABŞ Dövlət katibi Con Kerri bildirib ki, ABŞ İranla nüvə razılışması əldə etmək üçün son möhlət yaxınlaşdıqca əsas diqqəri Tehranın əvvəlki nüvə fəaliyyətləri üzərində saxlamır.

Kerri çərşənbə axşamı jurnalistlərə bildirib ki ABŞ İranın əvvəllr nə etdiyini bilir və İranın nüvə silahi istehsalı və komponentlərin testi ilə bağlı şübhəli fəaliyyətləri haqda tam biliyə malikdir.

“Bizim narahatlıqlarımız bundan sonra ilə bağlıdır”-deyə Kerry bildirib. “Gələcəyə doğru getdikcə bu fəaliyyətlərin dayandırıldığı və bizim legitim yolla buna əmin ola bilməyimiz olduqca vacibdir”-deyə o əlavə edib.

İran nüvə razılığının bir hissəsi olaraq müfəttişlərin hərbi obyektləri yoxlaması haqda tələblərə müqavimət göstərir. Kerry bildirib ki, təftiş imkanının verilməsi olduqca böyük əhəmiyyətə malikdir.

Amerika Birləşmiş Ştatları və danışıqlarda onun tərəfdaşları olan Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya İranla nüvə razılaşması əldə etmək üçün iyunun 30-na qədər vaxt qoyub.

İran nüvə bombası istehsal etmək qabiliyyətinə malik olmamaq üçün uran zənginləşdirilməsini daha az səviyyəyə çatdırmalıdır. Bunun qarşılığında isə İran iqtisadiyyatına ciddi zərər vuran ağır sanksiyalar yüngülləşdirilə bilər.

İran nüvə silahı istehsal etməyə çalışdığını inkar edir.

XS
SM
MD
LG