Accessibility links

ABŞ dövlət katibi Con Kerri İraqın baş naziri Nuri Əl-Maliki və digər yüksək səlahiyyətli rəsmiləri ilə görüş keçirib. Müzakirələr Suriya münaqişəsi və İraqın təhlükəsizliyi kimi məsələləri əhatə edib.

ABŞ prezidenti Barak Obamanı Yaxın Şərq səfərində müşayiət edən Kerri Bağdada bu gün çatıb. ABŞ dövlət katibi İraqa İran təyyarələrinin onun hava məkanından Suriyaya hərbi sursat daşımasına yol verməmə çağırıb.

Görüşdən sonra müxbirlərlə danışan Kerri müzakirələri pozitiv adlandırıb. O, Malikinin İran təyyarələrinin üçuşunun dayandırılması tələbinə nə cavab verdiyini bildirməyib.

Con Kerri danışıqlar zamanı İraqın daxili çəkişmələri məsələsini də gündəmə gətirib.

ABŞ rəmsiləri Əl-Qaidə də daxil edilməklə, İraqdakı silahlı qruplaşmaların son zamanlar fəaliyyətinin artmasından narahatdır.
XS
SM
MD
LG