Accessibility links

Con Kerri: İsrail və Həmas arasında atəşəkəsə dair danışıqlarda müəyyən inkişaf əldə edilib


Dövlət katibi Con Kerri və Fələstin prezidenti Mahmud Abbas

Dövlət katibi Con Kerri və Fələstin prezidenti Mahmud Abbas

ABŞ Dövlət katibi Con Kerri İsrail və Həmas arasında yüzlərlə insanın həyatını itirdiyi və həftələr sürən münaqiləyə son qoymaq üçün atəşkəsə dair müzakirələrdə “müəyyən inkişaf"ınəldə edildiyini deyib.

Con Kerri Fələstin prezidenti Mahmud Abbasla görüşüb. Görüşdən sonra keçən il ABŞ-ın vasitəçiliyi ilə İsraillə qeyri-müvəffəq danışıqlarda iştirak edən fələstinli vasitəçisi Saeb Erekat deyib ki, danışıqlar zamanı İsrailin Qəzzanın blokadasına son qoyması əsas məsələlərdən biridir.

ABŞ Dövlət katibi və Fələstin prezidenti arasında görüşdə diqqət mərkəzində tərəflər arasında atəşkəsə nail olunması və Qəzza zolağının blokadasının aradan qaldırılması məsələləri arasında balansın tapılması olub. Prezident Abbas Dövlət katibi Kerriyə münaqişə qurbanlarının çoxunun qadınlar, uşaqlar və qocalar olduğunu deyib.

ABŞ Dövlət katibi Kerri həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və prezident Şimon Pereslə görüşüb.

İsrail və Həmas arasında 16 gündür davam edən münaqişə nəticəsində təxminən 700 fələstinli və 30 israilli həlak olub.

XS
SM
MD
LG