Accessibility links

ABŞ dövlət katibi Con Kerri Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə qonşu Suriya hadisələrini müzakirə edib.

Görüşdən əvvəl cənab Netanyahu deyib ki, Rusiya və ABŞ-ın səyləri ilə Suriyanın kimyəvi silahlardan əl çəkməsinin silah cəbbəxanasının tamamilə məhvinə yol açacağına ümid bəsləyir.

Con Kerri İsrailə qıza müddətli səfərindən sonra Parisə yola düşməlidir. Bazar ertəsi ABŞ dövlət katibi Fransa, Britaniya və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüş keçirməlidir.

Bu arada, Çin Suriya ilə bağlı razılığı alqışlayıb. Çinin xarici işlər naziri Vanq Yi deyib ki, razılıq Suriyadakı gərginliklərin azalmasına xidmət edəcək.

BMT-nin baş katibi Ban Gi Mun isə razılığın Suriya xalqının iztirabına son qoyacağına ümid bəslədiyini bildirib.

ABŞ və Rusiyanın Suriyanın kimyəvi silahlar proqramına son qoymaq üçün çərçivə layihəsi barədə razılığında Suriyanın bir həftə ərzində malik olduğu silahların hərtərəfli siyahısını təqdim etməsi tələb olunur.

Plan kimyəvi silah materiallarının və ləvazimatlarının 2014-cü ilin ortalarınadək ölkədən çıxarılmasına və ya məhv edilməsinə çağırır.
XS
SM
MD
LG