Accessibility links

Con Kerri : İsrail və Fələstin sülh danışıqlarında bəzi uğurlara nail olunub


ABŞ dövlət katibi İsrail və Fələstin sülh danışıqlarında bəzi uğurlara nail olunduğunu deyib.

Bu gün Qüdsü tərk etməzdən öncə Con Kerri tərəflərin güzəştlərə dair daha yaxşı təkliflər irəli sürdüyünü bildirib.

Dövlət katibi deyib ki, bəzi məsələlər mübahisə doğurur ki, bunlar sərhəd, təhlükəsizlik, Fələstin qaçqınları və Qüds məsələləridir.

ABŞ diplomatı əlavə edib ki, prosesi mürəkkəbləşdirən illərin etimadsızlığıdır. Con Kerri İsraildən sonra İordaniyada kralı Abdulla ilə Əmmanda sülh prosesi, Suriyanın vətəndaş müharibəsi və İraqdakı zorakılıqları müzakirə edib.

ABŞ dövlət katibi bundan sonra Səudiyyə Ərəbistanına yola düşüb.

Con Kerri mart ayından bəri artıq 10-cu dəfədir ki, Yaxın Şərqə səfər edir.
XS
SM
MD
LG