Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərq səfərini davam etdirir


ABŞ dövlət katibi Amerikanın Əl-Qaidəyə qarşı mübarizə aparan İraqı dəstəklədiyini bildirib. Con Kerri deyib ki, ABŞ İraqa əlavə qüvvə göndərməyəcək. Belə ki, bu mübarizə İraqın öz mübarizəsidir. O, bunları İsraildən İordaniyaya və daha sonra Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl deyib.

ABŞ diplomatı İrsaillə Fələstin arasında sülh səylərinin canlandırılması məqsədi ilə regiona səfər edib.

Con Kerri səfəri çərçivəsində Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirələr keçirib.

ABŞ dövlət katibi Yaxın Şərq sülh prosesində irəliləyişlərə nail olunduğunu vurğulayıb.
Con Kerri bu yaxınlarda regiona daha bir səfər etməlidir.
XS
SM
MD
LG