Accessibility links

Con Kerri İstanbula gedir


John Kerry
John Kerry
ABŞ dövlət katibi Con Kerri Suriya və İsrail-Fələstin münaqişəsinin həlli səylərinin sürətləndirilməsi üçün Yaxın Şərqə səfərə gedir.

O, İstanbulda baş nazir Rəcəb Tayyip Ərdoğan da daxil olmaqla Türkiyə rəsmiləri görüşərək Suriyada iki ildir davam edən vətəndaş müharibəsinə son qoyulması səylərini müzakirə etməyi planlaşdırır.

Dövlət Departamentindən verilən xəbərə görə Con Kerri İsraillə Fələstinlilər arasında inam yaradacaq addımlar atmağa çalışacaq. Dövlət katibi Türkiyənin İsraillə əlaqələrinin normallaşmasına səy göstərəcək.

Daha sonra cənab Kerri Böyük Britaniya, Cənubi Koreya, Çin və Yaponiyaya səfər edəcək. Şərqi Asiyada danışıqların əksəriyyəti Şimali Koreyanın nüvə proqramına həsr olunacaq.

ABŞ-ın baş diplomatı Vaşinqtonda aprelin 15-i qayıdacaq.
XS
SM
MD
LG