Accessibility links

Abdulla Abdulla ABŞ dövlət katibinin Əfqanıstana səfər edəcəyini deyir


ABŞ dövlət katibi bu həftə Əfqanıstan səfəri çərçivəsində prezident seçkilərindən sonra yaranan gərginliklərin həllinə yardım etməyə çalışacaq.

Prezidentliyə namizəd Abdulla Abdullanın bildirdiyinə görə, sabah Kabildə olacaq Con Kerri rəqib düşərgələr arasında vasitəçilik edəcək. Baxmayaraq ki, Kerrinin səfəri ABŞ rəsmiləri tərəfindən təsdiq edilməyib.

Siyasi qarışıqlıq içərisində olan Əfqanıstanda iki namizəd-Abdulla Abdulla ilə Əşrəf Qani arasında münaqişə yaşanır.

Seçkilərin ilkin nəticələrinə görə, Dünya Bankının sabiq rəsmisi Qani 56.4 faiz səs toplamaqla Abdullanı məğlub edib. Lakin Abdulla seçkilərin nəticələrini rədd edir. O, səsvermə zamanı ciddi saxtalaşdırmaya yol verildiyini iddia edir.

Abdullanın düşərgəsi alterbativ hökumətin təşkili ilə hədələyir.

Əfqanıstanın ən böyük xarici donoru olan ABŞ-ın qarşıdurmanı həll edəcəyi təxmin edilmir.

XS
SM
MD
LG