Accessibility links

ABŞ dövlət katibi Kabildə görüşlərini davam etdirir


ABŞ dövlət katibi Əfqanıstanın paytaxtı Kabildə seçkisonrası gərginliklərin həlli məqsədi ilə prezidentliyə namizədlərlə görüşlərinin ikinci gününü keçirir.

Dünən Con Kerri qələbə əldə etdiyini iddia edən Əşrəf Qani və Abdulla Abdulla ilə müzakirələr keçirib.

Con Kerri mübahisələrin tez bir zamanda həll ediləcəyinə dair ümidini dilə gətirib.

Seçkilərin ilkin nəticələrinə görə, Dünya Bankının sabiq rəsmisi Qani 56.4 faiz səs toplamaqla Abdullanı məğlub edib. Lakin Abdulla seçkilərin nəticələrini rədd edir. O, səsvermə zamanı ciddi saxtalaşdırmaya yol verildiyini iddia edir.

Kerri ilə görüşü zamanı Qani bildirib ki, saxtalaşdırmalarla bağlı təhqiqat aparılması ilə razıdır.

ABŞ dövlət katibi cümə günü Həmid Karzay və ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Can Kibus ilə görüşlər keçirib. Onun Karzayla görüşü bu gün də davam edib.

Abdullanın düşərgəsi alterbativ hökumətin təşkili ilə hədələyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG