Accessibility links

Kerri və Karzai təhlükəsizliklə bağlı razılığın əldə edilməsinə yaxın olduqlarını bildirib


ABŞ Dövlət katibi Con Kerri və Əfqanıstan prezidenti Həmid Karzai 2014-cü ildən sonra Əfqanıstanda qalacaq Amerika əsgərlərinin immuniteti məsələsində fikir ayrılıqlarının qalmasına baxmayaraq, təhlükəsizliyə dair ikitərəfli sazişin əldə edilməsinə yaxın olduqlarını bildiriblər.

Dövlət katibi Kerri və prezident Karzai bu açıqlamanı Kabildə ABŞ-ın Əfqanıstanda NATO-nun başçılığı ilə missiyanın bitməsindən sonra mövcudluğu ətrafında intensiv danışıqlardan sonra şənbə günü veriblər.

Kerri bildirib ki, Amerika qüvvələrinin yol verə biləcəyi hər hansı bir qanunsuzluq ABŞ tərəfidən cəzalandırılacaq.

Kerri razılığın əldə edilməsi ətrafında danışıqlarda inkişafa nail olunacağı ümidi ilə Əfqanıstana cümə günü əvvəlcədən xəbərdarlıq olmadan səfər edib.

ABŞ NATO-nun başçılığı ilə hərbi missiyanın gələn il bitməsindən sonra Amerika əsgərlərinin Əfqanıstanda qalmasına imkan verəcək plan ətrafında razılığın bu ayın sonuna qədər əldə edilməsinə çalışır.

Vaşinqton və Kabil arasında danışıqlar artıq bir ildir davam edir.

Lakin Əfqanıstanın suverenliyi, ABŞ silahlı qüvvələrinin rolu və cənab Karzainin gələcəkdə xarici müdaxilə ilə bağlı Amerikadan qarantiyalar tələb etməsi məsələləri ilə əlaqədar danışıqlarda durğunluq yaranıb.

Razılıq əldə edilməsə, ABŞ silahlı qüvvələri 2014-cü ilin sonuna qədər Əfqanıstandan çıxmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG